İtaliyada anti-Rusiya sanksiyalarının ləğv edilməsinə çağırış edildi

0
349

İtalyan “Liqa” partiyası Avropalı müttəfiqlərini Rusiyanı təcrid etmənin heç bir mənasının olmadığını inandırmağa çalışacaq.
Bu barədə İtaliyanın kənd təsərrüfatı, qida və meşəçilik siyasəti naziri Canmarko Çentinao məlumat verdi.
“Düşünürəm ki, Rusiya mühüm tərəfdaşdır və təcrid olunmamalıdır ” – Çentinao “Liqa” partiyasının Milanda təşkil etdiyi nümayiş zamanı qeyd etdi.
“Yekunda hamının bizimlə razılaşması üçün, biz qalan tərəfdaşlarımızı da buna inandırmağa çalışacağıq” – Çentinao qeyd etdi.
Qeyd edək ki, “Liqa” partiyası və onun lideri, Baş nazir müavini və Daxili İşlər naziri Matteo Salvini, Milan şəhərində, Avropanın populist, sağçı və milliyyətçi partiya liderlərinin və qabaqcıl nümayəndələrinin iştirakı nümayiş təşkil edib.