Rusiya ABŞ-ın yeni sanksiyalarını cavabsız qoymayacaq

0
206

Rusiya ABŞ tərəfindən Çeçenistanın “Terek” xüsusi təyinatlı dəstəsinə qarşı yeritdiyi sanksiyalara cavab tədbirləri görəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumat və mətbuat şöbəsinin məsələ ilə bağlı şərhində məlumat verilir.
“Əlbəttə ki, Rusiya vətəndaşlarına qarşı bu hərəkəti cavabsız qoymayacağıq.
ABŞ səlahiyyətliləri, bu cür davranışlarının iki ölkə arasındaki əlaqələrə yaxşı təsir etməyəcəyini düşünməlidir.” – məlumatda deyilir.
Nazirlik qeyd edib ki, yeni sanksiya tədbirləri ikitərəfli münasibətlərin yaxşılığa doğru irəlləməsinə mane olur.