ABŞ anti-Rusiya sanksiyalarını genişləndirdi

0
215

 

ABŞ Dövlət Departamenti iki Rusiya müəssisəsinə və təlim mərkəzinə qarşı sanksiyalar tətbiq etdi.
Bu barədə beynəlxalq təhlükəsizlik bürosunun bildirişində məlumat verilib.
Bu məhdudiyyətlər Tula Konstruktor mühəndislik bürosuna və Moskvada yerləşən “Avanqard” təlim mərkəzinə təsir göstərib.
Sanksiyalar, bu müəssisələrin məhsullarını ABŞ-dan satın almasının da qarşısını alır.
Qeyd edək ki, qərar İran, Şimali Koreya və Suriya ilə bağlı kütləvi qırğın silahlarının yayılmaması haqqında qanunlara əsasən qəbul edilib.