ABŞ HHQ Rusiya təyyarələrini ələ keçirdirləri barədə məlumat yaydı

0
303

Son bir neçə gün ərzində ABŞ Hərbi Hava Qüvvələri Rusiyanın Tu-95 və Su-35 strateji döyüş təyyarələrini bir neçə dəfə Alyaska bölgəsinin beynəlxalq hava sahəsində ələ keçirdiyləri barədə məlumat yayıb.
“NORAD döyüşçüləri mayın 20-də Alyaskanın hava zonasına daxil olan Rusiyanın strateji döyüş təyyarələrini ələ keçirdi” – NORAD-ın Twitterdə paylaşdığı məlumatda deyilir.
Qeyd edək ki, bir müddət öncə Rusiya Müdafiə Nazirliyi, Tu-95MS strateji raket daşıyıcısının , Çukotka, Bering və Oxot dənizləri üzərində 12 saatlıq uçuş həyata keçirdiyini və marşrutun müəyyən mərhələlərində ABŞ Hava Qüvvələrinin F-22 döyüşçiləri tərəfindən müşayiət edildiyini bildirib.