Novokuznetsk şəhərində partlayıcı qurğuların olması barədə məlumatlar təsdiqlənmədi

0
283

Rusiyanın Novokuznetsk şəhərində yerləşən 12 binada partlayıcı qurğuların olması barədə məlumatlar öz təsdiqini tapmadı.
Bu barədə Novokuznetsk şəhər administrasiyasından məlumat verildi.
“Daxil olan anonim zənglərə əsasən Novokuznetsk şəhərin yerləşən 12 binanın hamısında geniş yoxlamalar aparıldı. Nəticədə heç bir şübhəli əşya tapılmadı. Daxil olan məlumatlar öz təsdiqini tapmadı” – şəhər administrasiyasından verilən məlumatda deyilir.
Qeyd edək ki, bir müddət öncə Novokuznetsk administrsiyasına şəhərin 12 binasında partlayıcı qurğuların olması barədə məlumat daxil olub.