FSB Rusiya və Ukrayna sərhədindəki gərginliyin artması səbəblərini açıqladı

0
223

Ukrayna sərhədçiləri Rusiya ilə əməkdaşlıqdan qaçaraq, Rusiya-Ukrayna sərhədində qeyri-qanuni fəaliyyətlər üçün əlverişli şərait yaradır.
Bu barədə FSB Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov məlumat verdi.
“Ukraynanın Dövlət Sərhəd Xidmətinin nümayəndələri ilə ikitərəfli əlaqələrə gəlincə, təəssüf ki, vəziyyət yaxşıya doğru irəliləmir. Ukrayna sərhədçiləri əməkdaşlıqdan uzaqlaşır. Bu, əlavə risklər və qanunsuz fəaliyyət üçün əlverişli şərait yaradır.” – Kulişov qeyd etdi.