Rusiya silah sursatların ABŞ-a ixracı ilə bağlı şərtlərini açıqladı

0
407

“Rostech” Dövlət Korporasiyası ABŞ Müdafiə Nazirliyini , sanksiyaların məhdudlaşdırıldığı təqdirdə, Rusiya və Sovet istehsalı olan silahların orijinal döyüş sursatı ilə təmin edə bilər.
Bu barədə Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verildi.
“Rusiya silah-sursat sənayesi bu gün dünya bazarını sovet / rus standartlarının hərbi, xidmət və mülki silahları, habelə NATO standartlarının müəyyən silah növlərini sursatla təmin edə bilər. Müasir Rusiya döyüş sursatları dünyada ən yaxşı xüsusiyyətlərə malikdir. Original yüksək keyfiyyətli döyüş sursatları, Vaşinqtona yalnız müvafiq sanksiyaların məhdudlaşdırılacağı təqdirdə ixrac olunacaq” – Dövlət Korporasiyasının mətbuat xidmətindən verilən məlumatda deyilir.