ABŞ-da Rusiya ilə hərbi sahədə professional əlaqələrəin olduğu qeyd olundu

0
281

 

Son dörd ildə ABŞ və Rusiya hərbi sahədə peşəkar dialoqa nail ola biliblər.
Bu Barədə ABŞ-ın birləşmiş qərargah komitəsinin sədri Cozef Denfort bildirdi.
“Bütün bunlar Suriyada effektiv qarşıdurma qarşısının alınması mexanizminin yaradılması ilə başlandı. O vaxtdan bəri ölkələrimizin təhlükəsizliyi ilə bağlı demək olar ki, bütün məsələlər üzrə dialoqa başlamışıq.” – Denfort Vaşinqtonda çıxışı zamanı qeyd etdi.
Onun sözlərinə görə, iki ölkənin edə biləcəyi son şey münasibətlərimizi siyasiləşdirmək idi”.
“Son dörd ildə mənim vəzifədə olduğum müddətdə Rusiya ilə normal münasibət saxlayırıq və ölkələrimizin mübarizə apardığı problemlərini müzakirə etmək imkanımız var” – Denfort əlavə etdi.