Putin və Ərdoğan arasında telefon danışığı baş tutdu

0
258

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.Danışıq əsnasında Suriyadaki vəziyyət müzakirə olunub. Bu barədə kremlin mətbuat xidmətindən məlumat verilib.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutdu. Danışıq zamanı Suriyadakı vəziyyətin müzakirəsi davam etdi” – Kremldən verilən məlumatda deyilir.
Dövlət başçıları, İdlibdə birgə fəaliyyətin gücləndirilməsinin, o cümlədən terror qruplarının neytrallaşdırılmasına dair tədbirlərin vacibliyini qeyd ediblər.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, hərbi-texniki sahədə əməkdaşlıq da daxil olmaqla, bir sıra ikitərəfli əlaqələrin olduğu mövzularına da toxunulub.