Lukaşenko Rusiyanı inteqrasiyanın mövcud problemlərini unutmamağa çağırdı

0
302

Belarus prezidenti Aleksandr Lukaşenko, Belarus-Rusiya inteqrasiyasının inkişafı ilə bağlı strateji məsələlərə toxunaraq, iki ölkə arasındakı münasibətlərdə mövcud mübahisəli nöqtələri unutmamağa və Rusiyanı onları həll etməyə çağırdı.
“Əlbəttə ki, Birlik quruluşunun həyata keçirilməsi üçün fəaliyyət proqramında əks etdirmək qərarına gəldiyimiz əsas məsələlər var. Lakin elə məsələlər var ki, onlar həll olunmasa hər hansı inteqrasiyadan söhbət belə gedə bilməz. Rusiya ilə bizim aramızda az olmayan bu problemləri həll etmək lazımdır” – Lukaşenko Müttəfiq Dövlətin baş katibi Qriqori Rapota ilə görüşü zamanı bildirdi.
Belarus prezidenti, həmçinin, dövlət sifarişlərinə, sənaye əməkdaşlığına, neft sektorunda vergi məsələlərinə və Rusiya neft və qazının gələcək dövrdə Belarusa tədarükü üzrə danışıqların başa çatması ilə əlaqədar mövcud məsələlərə də toxunub.