Peskov: Gürcü jurnalistin hərəkəti ekstremist xarakter daşıyır

0
352

Gürcüstan teleaparıcısın hərəkəti respublikanın hakimiyyət orqanlarının laqeydliyinin nəticəsidir və bu hərəkət rusofob və ekstremist xarakter daşıyır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirdi.
“Mən bunu şərh etməyəcəm. Mən yalnız xatırlatmaq istərdim ki, bu rusofobiyanı qızışdırmağın və hakimiyyət laqeydliyinin nəticəsidir. Bu, bizim baxımdan çox təhlükəli bir elementdir” – Peskov Rusiyanın bu məsələ ilə bağlı cavab atdımlarının mövcudluğu ilə bağlı sualı cavablandırarkən qeyd etdi.
Qeyd edək ki, bir müddət öncə Gürcüstanın “Rustavi 2” telekanalının aparıcısı Georgiy Qabuniyə efir zamanı Putini təhqir edib.