Putin Boliviya prezidenti ilə görüşəcək

0
249

Rusiya prezidenti Vladimir Putin iyulun 11-də Moskvaya səfər edəcək Boliviya prezidenti Evo Morales ilə bir araya gələcək .
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
Mətbuat xidmətindən verilən məlumata görə, iki ölkə lideri “Rusiya-Boliviya münasibətləri, o cümlədən ticarət, iqtisadi, investisiya və humanitar sahələrdə əməkdaşlıq məsələlərini, əsas beynəlxalq və regional mövzularla bağlı fikir mübadiləsi aparacaqlar”.
Müzakirələrin ardından bir sıra ikitərəfli müqavilələrin imzalanacağı planlaşdırılır.