Putin Gürcüstan hakimiyyətinə Abxaziya və Osetiya ilə münasibətlərin tarixini xatırlatdı

0
412

Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiya xalqları ilə müsbət əlaqələr qurmaq istəyirlərsə ölkələr arasındaki tarixi xatırlamalıdırlar.
Bunu Rusiya prezidenti Vladimir Putin Yekaterinburqda baş tutan İkinci Qlobal İstehsalat və Sənayeləşmə Zirvə toplantısında jurnalistlərə açıqlamasında bildirdi.
Putinin sözlərinə görə, birinci dünya müharibəsi dövründə Rusiya imperiyasının dağılması zamanı Gürcüstan Abxaziyanı ələ keçirməyə cəhd göstərib, müstəqil Gürcüstan dövləti formalaşıb.
“1918-ci ildə Alman qoşunlarının köməyi ilə Gürcüstan Abxaziyanı işğal etdi. İşğalçılar çox sərt davranırdılar. Osetiyada Gürcüstan ordusu 1919 və 1920-ci illərdə daha da sırtləşdi. Əslində belə hadsələrə, bu gün soyqırım deyilir. Bütün bunları bu günkü Gürcüstan hakimiyyətinin bilmək yaxşı olardı. Bu gün Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiya xalqları ilə münasibətləri qurmaq istəyirsə, bunu heç vaxt unutmamalıdır” – Rusiya Dövlət başçısı bildirdi.