Rusiya sərhədləri yaxınlığında Britaniya kəşfiyyat təyyarəsi qeydə alındı

0
296

Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Rusiyanın Qara dəniz sahillərində kəşfiyyat uçuşu aparıb. Bu barədə Plane Radar monitorin mənbəsi məlumat verdi.
Məlumata əsasən, Bombardier Global Express Sentinel R1 təyyarəsi Moskva vaxtı ilə 06:25-də Novorossiysk ərazisinin sahil xəttindən 61.3 kilometr məsafədə qeydə alınıb.
07: 50-də kəşfiyyat təyyarəsi Sevastopola təxminən yüz kilometr məsafədə dövrə vuraraq geri qayıdıb.