Rusiyada aviaqəzalar ehtimalını azaldan siqnal sistemi yaradıldı

0
332

“Radioelektron texnologiyalar” konserni aviaqəzalarının ehtimalı azaldılmasına imkan verən siqnal sistemi yaratdı. Bunu “Radioelektron texnologiyalar” konsernin direktoru Nikolay Kolyosov Ria Novosti-yə açıqlamasında bildirdi.
Kolyosovun sözlərinə görə bu cihaz avtomatlaşdırılmış uçuş idarəetmə sistemlərinin yanlış istismarını demək olar ki, tamamilə aradan qaldıracaq. Bu isə aviaqəzaların ehtimalını əhəmiyyətli dərəcədə azaldacaq.
Qeyd edək ki, bu ixtira Avqustun 27-dən Sentyabrın 1-dək Moskvada keçiriləcək “MAKS-2019” tədbirində nümayiş olunacaq.