Kosaçev: Tbilisi istəsə əlaqələr bərpa oluna bilər

0
242

“Tbilisinin razılığı təqdirdə Rusiya-Gürcüstan əlaqələri bərpa oluna bilər”
Bu sözləri Rusiya Federasiya Şurasının iclası zamanı, Şuranın beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev dilə gətirib.
“Düşünürəm ki, Gürcüstanın cəmiyyətindəki sağlam qüvvələri, münasibətlərimizdə baş verən bütün çətin məsələlərə baxmayaraq, gürcü xalqında baş verən çaxnaşmanı aradan qaldırmağa çağırmalıyıq. Əlbəttə ki, münasibətlərimizdə harmoniyanın bərpasına hazırıq, amma Gürcüstan və gürcü xalqı bunu istəyirsə” – Kosaçev əlavə edib.
Qeyd edək ki, Moskva ilə Tiflis arasındakı əlaqələr çətin bir dövrdən keçir. Son vaxtlar Gürcüstanda hökumət əleyhinə və rusiyaya qarşı etiraz aksiyaları başlanıb. Bu isə öz növbəsində ölkələr arasında hava əlaqələrinin dayandırılmasına gətirib çıxardıb.
Bir müddət öncə Gürcüstanın “Rustavi-2” telekanalının aparıcısı, Georgi Qabunya, efir zamanı, Rusiya prezidentinə və onun valideynləri təhqir edib.