Lvov şərərində 11 qumbara tapıldı

0
364

Ukrayna polis Lvov şəhərində yerləşən “Pesoçnıye ozyora” parkında plastik torbaya yerləşdirilən 11 döyüş əl qumbarsı aşkar etdi.
Bu barədə regional dövlət administrasiyasının mülki müdafiəsi şöbəsinin mətbuat xidmətindən məlumat verildi.
“ Park ərazindən sellofan torbaya bükülmüş üçü F-1, səkkizi isə RQD-5 olmaqla 11 döyüş əl qumbarası aşkarlanıb” – mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, “Pesoçnıye ozyora” 15 min sakini olan mikrarayonun istirahət parkıdır.