“Rustavi-2” telekanalının direktoru Putinin sanksiyalarla bağlı sözlərinə sərt cavab verdi

0
350

Gürcüstanın “Rustavi 2” telekanalının baş direktoru Nikoloz Qvaramiya Gürcüstana qarşı sanksiyaların tətbiqi təşəbbüsünü dəstəkləməyən Rusiya prezidenti Vladimir Putinin mövqeyinə və yerli siyasətçilərə kəskin şəkildə cavab verib.
“Tüpürüm “Borjomi”yə də, çaxıra da. Kimsə Rusiyaya “Borjomi” və çaxır ixrac edə bilsin deyə, deməliyik ki Putin yaxşıdır? ” – Qvamabiya, Rustavi-2 telekanalında yayımlanan “Aksentı” verlişində çıxışı zamanı deyib.
O, həmçinin, Gürcüstan istehsalçılarını Rusiyaya deyil, Ukraynaya mal ixrac etməyə çağırıb və kanalın “düşüncələrini sərbəst ifadə edə bilmədiyindən” şikayətlənib.
Qeyd edək ki, Moskva ilə Tiflis arasındakı əlaqələr çətin bir dövrdən keçir. Son vaxtlar Gürcüstanda hökumət əleyhinə və rusiyaya qarşı etiraz aksiyaları başlanıb. Bu isə öz növbəsində ölkələr arasında hava əlaqələrinin dayandırılmasına gətirib çıxardıb.
Bir müddət öncə Gürcüstanın “Rustavi-2” telekanalının aparıcısı, Georgi Qabunya, efir zamanı, Rusiya prezidentinə və onun valideynləri təhqir edib.