Ulan -Ude şəhərində iki avtobus toqquşdu: yaralılar var

0
251

Rusiyanın Ulan-Ude şəhərində iki avtobusun toqquşması nəticəsində 5 nəfər yaralanıb.
Avtobuslardan birinin aşdığı bildirilir.
Bu barədə Buryatiya Respublikası üzrə Fövqaladə Hallar Nazirliyi Baş İdarəsinin mətbuat xidmətindən məlumat verildi.
Mətbuat xidmətindən verilən məlumatda “Hadisə baş verən zaman avtobuslarda cəmi 16 nəfər olub. 5 yaralı xəstəxanaya yerləşdirilib” deyilir.
Qeyd edək ki, Ulan-Ude şəhərində baş verən yol qəzası Hyundai Country və Peugeot Boxer avtobuslarının iştirakı ilə baş verib