Gürcüstan prezidenti: Ölkə Rusiyadan turistlər qəbul etməyə davam edir

0
260

Tbilisi-Moskva münasibətlərinin gərginliyinə baxmayaraq, Gürcüstan Rusiya Federasiyasından turistləri qəbul etməyə davam edir.
Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili məlumat verdi.
“Gürcüstan hər zaman olduğu kimi rusiyalı turistləri qəbul etməyə davam edir” – Zurabişvili Batumidə keçirilən “Şərq Tərəfdaşlığı” təşkilatının 10 illiyi ilə bağlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Qeyd edək ki, Moskva ilə Tiflis arasındakı əlaqələr çətin bir dövrdən keçir. Son vaxtlar Gürcüstanda hökumət əleyhinə və rusiyaya qarşı etiraz aksiyaları başlanıb. Bu isə öz növbəsində ölkələr arasında hava əlaqələrinin dayandırılmasına gətirib çıxardıb.
Bir müddət öncə Gürcüstanın “Rustavi-2” telekanalının aparıcısı, Georgi Qabunya, efir zamanı, Rusiya prezidentinə və onun valideynləri təhqir edib.