Ryabkov: London bölgədəki gərginliyin günahını İranın üzərinə çəkməyə çalışır

0
340

London ABŞ-ın dəstəyi ilə, bölgədə son günlərdə vəziyyətin gərginləşməsinin günahını Tehran üzərinə çəkməyə çalışır. Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib.
“Birləşmiş Ştatların ən yaxın müttəfiqi kimi, İngiltərə, Gibraltarın hakimiyyət orqanları ilə birlikdə, beynəlxalq hüququn tələblərinə uyğun olmayan hərəkətlər həyata keçirir. Bu şəraitdə London son günlərdə bölgədə vəziyyətin gərginləşməsinin günahını İran İslam Respublikasının üzərinə çəkməyə çalışır” – Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında qeyd etdi.