AmCham rəhbəri: Rusiya hökumətinin borclarına qarşı sanksiyalar ABŞ investorlarını vuracaq

0
293

ABŞ Rusiyanın dövlət borclarına qarşı sanksiyalar yeritsə bu ilk növbədə ABŞ investorlarına zərbə vuracaq. Bu barədə RİA Novosti-yə Rusiyanın Amerika Ticarət Palatasının rəhbəri Aleksis Rodzianko bildirib.
“İlk növbədə, bu sanksiyalar qiymətli kağızların əsas sahibləri olan amerikalı investorlara zərbə vuracaq. Bu istənilən nəticə deyil.! – Rusiyanın Amerika Ticarət Palatasının rəhbəri Aleksis Rodzianko vurğuladı.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası 2020-ci il üçün müdafiə büdcəsinə düzəliş qəbul edib ki, bu da ABŞ seçkilərinə müdaxilə edəcəyi təqdirdə Vaşinqtonun Rusiya dövlət borcları ilə bağlı qadağaları nəzərdə tutur.