Dmitri Medvedev Stavropola gəldi

0
446

Rusiyanın Baş naziri Dmitri Medvedev Stavropol vilayətinə işgüzar səfərə gəlib. burada milli layihələr çərçivəsində obyektlərin vaxtlı-vaxtında və yüksək keyfiyyətli qurulmasını təmin etmək üçün müşavirə keçirəcək.
Bu barədə baş nazirin mətbuat xidmətindən məlumat verildi.
Müşavirədə Baş nazirin müavini Vitali Mutko, Səhiyyə naziri Veronika Skvortsova, İnşaat Nazirliyinin rəhbəri Vladimir Yakuşev, Şimali Qafqaz üzrə Rusiya Federasiyasının naziri Sergey Çebotarev, Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov və başqaları iştirak edəcək.
Rusiya hökumətinin rəhbəri Stavropol vilayətinin qubernatoru ilə ayrıca danışmağı planlaşdırır.
Medvedev həmçinin açıq havada yerləşən, hərbi-tarixi interaktiv döyüş texnika kompleksi olan Patriot Parkını ziyarət etməyi planlaşdırır.