Krasnodarda avtomibil qəzası baş verdi, 4 nəfər yaralandı

0
311

Rusiyanın Krasnodar vilayətində avtobusun yük maşını ilə toqquşmasından sonra 12 sərnişindən dördü, orta-ağır vəziyyətdə mərkəzi xəstəxanaya yerləşdirildi.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Krasnodar vilayətindəki nümayəndəsi məlumat verdi.
“12-i sərnişinin hamısı həkimlər tərəfindən yerindəcə yoxlanıldı. Onlardan dördü orta vəziyyətdə xəstəxanaya yerləşdirildi. Pasientlərdən heç biri ağır vəziyyətdə deyil.” – Nazirliyin nümayəndəsi bildirdi.
Qeyd edək ki, Krasnodar vilayətində ki avtomobil qəzası, 1970-ci il təvəllüdlü avtobus sürücüsünün “MAN” markalı yük maşının qarşısına çıxması səbəbi ilə baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.