Moskvada professordan 4.5 milyon pul oğurladılar

0
204

Rusiyada naməlum şəxslər Moskva Ali İqtisad Universitetinin professoru Leonid İoninin bank hesabından 4.5 milyon rubl oğurlayıb.
Bu barədə Moskva şəhər polis idarəsindən məlumat verildi.
“İyunun 4-ü, 1945-ci il təvəllüdlü professor pullarının oğurlanması barədə şikayət ilə polisə müraciət etdi. Araşdırma nəticəsində məlum oldu ki, naməlum şəxs professora zəng edərək özünü bank işçisi kimi qələmə verib. İoninin bank hesablarının giriş şifrələrini öyrəndikdən sonra professoru qzrət edib.” – polis idarəsinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Məlumat əsasən, zərərçəkənə 4.5 milyon rubl maddi ziyan dəyib.
Faktla bağlı “Oğurluq” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.