Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivində yanğış baş verdi

0
413

Rusiyanın paytaxtı moskva şəhərində yerləşən Ədəbiyyat və İncəsənət Arxivində güclü yanğın baş verib.
Bu baradə Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə baş idarəsi məluamt verdi.
Məlumata əsasən yanğın binanın 4-cü mərtəbəsində baş verib və 150 kvadratmetri əhatə edib. Hadisə zamanı ölən və yaralanan olmadığı bildirilir. Əraziyə texnika cəlb edilərərək yanğın söndürülüb.
FHN-ın məumatına əsasən, binada bəzi “kağız məhsulları”, yanıb. Onların arxiv sənədləri olub-olmaması aydınlaşdırılır. Zərərin miqdarı hələ məlum deyil, lakin Rosarxivin sözlərinə görə, qiymətli sənədlərə zərər dəyməyib.