Rusiya və Suriya KSQT nümayəndələrinin işi üçün ən əlverişli şərait yaratdı

0
321

Suriyanın Duma şəhərində baş verən hadisədən sonra Rusiya və Suriya , Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı nümayəndələrinin işinə ən əlverişli şərait yaratdı. Bu barədə Rusiyanın KSQT-dəki daimi nümayəndəsi Aleksandr Şulgin brifinqdə məlumat verdi.
O belə halların araşdırılması üçün xüsusi beynəlxalq təşkilat – KQST olduğunu xatırladaraq, Suriya ərazisində kimyəvi silah istifadə faktını müəyyənləşdirmək üçün xüsusi bir missiya yaratdığını dedi.
Qeyd edək ki, bir müddət öncə Qərb ölkələri rəsmi Dəməşki, Şəri Qutada yerləşən Duma şəhərində kimyəvi preparatlardan istifadəsində günahlandırmışdı.