Kamçatkada helikopter qəza enişi etdi, yaralılar var

0
229

Kamçatka vilayətinin Elizovski rayonunda, Kronotski qoruğunun işçilərini daşıyan Mi-8 vertolyotu sərt eniş edib. Hadisə nəticəsində 10 nəfər müxtəif xəsarətlər alıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin bölgə nümayəndəliyi məlumat verib.
“Kronotski qoruğunun işçilərini çatdırılması zamanı Yeltsovka Hava Yollarına məxsus Mi-8 vertolyotunun ağır eniş etdi. Qəza enişində sonra yanğın müşahidə olunmayıb. Hadisə nəticəsində ölən olmayıb, yaralanan 10 nəfər sərnişinə yerindəcə tibbi yardım edilib.” – Fövqəladə Hallar Nazirliyinin bölgə nümayəndəliyindən veilən məlumatda deyilir.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır