Putin və Lukaşenko bir araya gələcək

0
350

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko iyulun 17 və 18-də danışıqlar aparacaqlar və VI Region Forumunun plenar iclasında iştirak edəcəklər.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
“Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iyulun 17-18-də Rusiya Federasiyasına işgüzar səfəri gerçəkləşəcək.” Mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, Putin və Lukaşenko Spaso-Preobrajenski Valaam Monastırına səfər edəcəklər. Bundan əlavə, iyulun 18-i Sankt-Peterburqda dövlət başçıları Rusiya və Belarus regionlarının VI Forumunun plenar iclasında da iştirak edəcək.