Rostov vilayətində bir qrup İŞİD üzvü zərərsizləşdirildi

0
235

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Rostov Vilayətində İslam Dövləti terror təşkilatının bir qrup üzvünü zərərsizləşdirdi.
Qlinka kəndində təhlükəsizlik qüvvələri qrup liderinin avtomobilini dayandırmağa çalışarkən, terrorçu onlara avtomatdan atəş açdı. Qarşılıqlı atışma nəticəsində İŞİD üzvünün avtomobilində olan partlayıcı partladı, terrorçu yerindəcə öldü.
Daha sonra Rostovda qrupun digər iki üzvü nəzarət altında alındı. Axtarış zamanı onların evindən partlayıcı maddələr, partlayıcılar və sursat tapıldı.
Qrup daxilində Rusiya vətəndaşları da olduğu bildirilir.
Qeyd edək ki, “Terror aktı hazırlığı” da daxil olmaqla, müxtəlif maddələrlə cinayət işi açılıb, araşdırma aparılır.