Çeçenistanda təyyarə evin üzərinə düşdü: yaralılar var

0
291

Çeçenistanda yüngül mühərrikli təyyarənin yaşayış evinə düşməsi nəticəsində 4 nəfər yaralandı.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə baş idarəsi məlumat verdi.
“Yüngülmühərrikli təyyarəsi Novoşedrinskaya kəndində yaşayış evinə düşüb, pilot və evin üç sakini yaralanıb” – FHN-dən verilən məlumatda deyilir.
Məlumata əsasən pilot bir neçə sınıq ilə, ev sakinləri isə psixoloji şok diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya uğrayan təyyarə, hadisə yerinə yaxın ərazdə torpağ kirayəliyən Dağıstan vətəndaşına məxsusdur.