Rusiya və Belarus Universitetləri Assosiasiyası yaradılacaq

0
368

 

Rusiya və Belarus Universitetləri Assosiasiyasının yaradılmasına dair sənəd iyulun 16-18-də Sankt-Peterburqda keçiriləcək regionlarının forumunda imzalanacaq. Bu barədə Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin saytında məlumat verilib.
İndiyə qədər Rusiya və Belarus universitetləri arasında əməkdaşlıq üçün ayrı platforma mövcud olmayıb. Hazırda Avrasiya Universitetləri Assosiasiyası iki ölkə universitetləri arasında dialoq üçün əsas platformadır.
Qeyd edək ki, Assosiasiyanın yaradılması elmi və təhsil layihələrinin həyata keçirilməsinə, iki ölkənin universitetlərinin potensialından qarşılıqlı faydalı istifadə və akademik mobilliyin inkişafına yönəlib.