Moskvada təyyarə təcili eniş etməyə hazırlaşır

0
321

IL-76 sərnişin təyyarəsi göyərtənin ventilyasiyasının işləməməsi barədə həyacan siqnalı aldıqdan sonra Moskvada Jukovski hava limanında təcili eniş etməyə hazırlaşır. Bu barədə paytaxtın fövqəladə hallar xidmətinin nümayəndəliyindən məlumat verildi.
“Moskva-Vladivostok reysi ilə hərəkət edən təyyarə göyərtədə havalandırma sistemiminin aktivləşmədiyi təcili olaraq eniş etməyə hazırlaşır” – verilən məlumatda deyilir.
Məlumata əsasən, təyyarə hüquq-mühafizə orqanlarından birinə məxsusdur. İlkin məlumatlara görə IL-76 göyərtəsində 13 nəfər var. Hazırda təyyarə Moskva vilayətinin Jukovskinin ərazisində yanacaq sərf edir.