Oryol vilayətində ev yandı: 3 uşaq öldü

0
236

Rusiyanın Oryol vilayətində yerləşən yaşayış evində yanğın baş verdi.
Hadisə nəticəsində 3 uşaq faciəvi şəkildə dünyasını dəyişdi.
Bu barədə Fövqəladə Hallar Xidmətinin region üzrə baş idarəsindən məlumat verildi.
“Xilasedicilər yanğını söndürməyə müvəffəq olduqdan sonra, hadisə yerində dağıntılar arasında üç uşaq cəsədi aşkarladı” – Fövqəladə Hallar Xidmətinin region üzrə baş idarəsindən verilən məlumatda deyilir.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Fktla bağlı cinayət işi açılıb, istintaq davam edir.