Putin Angela Merkeli təbrik etdi

0
330

Rusiya Dövlət Başçısı Vladimir Putin telefon vasitəsi ilə 65 yaşının tamam olması münasibəti ilə Almaniya Baş naziri Angela Merkeli təbrik etdi.
Bu barədə
“Prezident Vladimir Putin telefon danışığında 65 yaşı tamam olmuş Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə səmimi təbriklərini çatdırdı” – Kremlin mətbuat xidmətindən məlumat verildi.
Putin özü ilə Merkel arasındakı “hər hansı bir məsələni, hətta ən çətin məsələləri səmimi müzakirə etməyə imkan verən” əlaqələri dəyərləndirdiyini vurğuladı.
Rusiya prezidenti Almaniyanın kanslerinə sağlamlıq, xoşbəxtlik və uğurlar arzuladı.