Lavrov: Rusiya ilə Almaniya əlaəqlərində müsbət dinamika müşahidə olunur

0
305

Rusiya-Almaniya münasibətlərində müsbət dinamika müşahidə olunur, Rusiya Almaniya ilə müxtəlif əməkdaşlığın inkişafında maraqlıdır.
Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Almaniyanın “Raynişe post” qazetinə müsahibəsi zamanı bildirib.
“Rusiyaya qarşı sanksiya siyasəti avropalılara özlərinə ciddi şəkildə zərər verir: AB ölkələrinin büdcəsi milyardlarla dollardan məhrum qalır, on minlərlə iş yerləri yaradılmır. Buna görə Rusiya-Almaniya münasibətlərində müsbət dinamika müşahidə olunur.” – Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Almaniyanın “Raynişe post” qazetinə müsahibəsində qeyd etdi.
Lavrov, belə dinamikaların, ilk növbədə, ticarət, iqtisadi, elmi, təhsil, mədəni və humanitar sahələrdə, habelə vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıqda olduğunu qeyd etdi. Nazirin sözlərinə görə, bölgələrarası və dialoq səviyyələrində geniş əlaqələr də əhəmiyyətli rol oynayır.