Lukaşenko Putinə dekabr ayına qədər inteqrasiya strategiyasını hazırlamağı təklif etdi

0
252

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı, bütün mübahisəli məsələləri aradan qaldıraraq, 2019-cu ilin 8 dekabr tarixinə qədər inteqrasiya üzrə fəaliyyət strategiyasının hazırlanmasını təklif etdi.
“Ali Dövlət Şurasının bir hissəsi olaraq, bu tarixə qədər razılaşdığımız bütün məsələləri təsdiqləməyi və hərəkətlərimizin strategiyasını müəyyənləşdirəcək və bu gün mövcud olan problemləri aradan qaldıracaq proqram hazırlamağı təklif edirəm” – Belarus prezidenti Aleksand Lukaşenko qeyd etdi.
Belarus liderinin sözlərinə görə, hər iki ölkənin vətəndaşları uzun müddətdir ki, prezidentlərin konkret qərarlarını gözləyirlər.
Lukaşenko Soçidə, Moskvada və digər şəhərlərdə Rusiya lideri ilə görüşdüyünü xatırladıb. Putinlə həddindən artıq çox təmas etdiyi üçün ictimaiyyət tərəfindən tənqidə məruz qalıb..