Peskov, Putin və Lukaşenko arasında Valaamdaki qeyri-rəsmi danışıqların mövzusunu açıqladı

0
259

Rusiya prezidenti Vladimir Putin və Belorusiyalı həmkarı Aleksandr Lukaşenko, Valaamda qeyri-rəsmi danışıqlar zamanı müxtəlif mövzular, o cümlədən konseptual xarakterli məsələləri müzakirə edə bilər.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verdi.
“Qeyri-formal görüş çərçivəsində liderlər, bir qayda olaraq, hər bir məsələni, o cümlədən konseptual və strateji xarakterli məsələləri müzakirə edə bilər” – Dmitri Peskov jurnalististlərə açıqlamasında deyib.
Qeyd edək ki, Lukaşenko bu günlərdə Rusiyaya səfərdədir. İki ölkə liderləri artıq qeyri&formal olaraq görüş keçiriblər, belə ki, iyulun 17-də ölkə başçıları Valaam adasına səfər edib.
Eyni günün axşamı, prezidentlər Sankt-Peterburqa gəlib.