Lavrov, Şimali Reyn Vestfaliya Baş naziri ilə bir araya gəldi

0
302

Rusiya xarici işlər naziri Sergey Lavrov, Şimali Reyn-Vestfaliya federal əyalətinin baş naziri Armin Lashet ilə regional bölgələrarası və ictimai qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti məlumat verdi.
“Nazirlər humanitar və mədəni sahələrdə, habelə elmi və təhsil mübadiləsi sahəsində qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirərək, regionlararası və sosial əməkdaşlıq məsələlərini müzakirə ediblər” – Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentindən verilən məlumatda deyilir.
Bundan əlavə söhbət zamanı “Almanuyanın ən böyük federal torpaqları olan Şimali Reyn-Vestfaliya ilə Rusiya regionlarının ticarət və iqtisadi əlaqələrinin mütərəqqi inkişafı” müzakirə edildi.
Qeyd edək ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Almaniyada rəsmi səfərdədir.