Putin İrkutskda daşqından əziyyət çəkən sakinlərin yerləşdirilməsi vəziyyətini tənqid etdi

0
262

Rusiya prezidenti Vladimir Putin İrkutsk vilayətindəki daşqının nəticələrini aradan qaldırması ilə bağlı görülən işlərdən narazı qaldı.
Bu barədə kremlin mətbuat xidmətində verilən məlumatda deyilir.
“Orada eşitdiklərimi nəzərə alsaq, daşqının nəticələrinin aradan qaldırılması işlərini qənaətbəxş hesab edə bilmərəm” – Vladimir Putin qeyd etdi.
Prezident vətəndaşların məlumatlandırılmasının, ödənişlərin edildilməsinin, mənzil və infrastrukturun qurulmasının zəif təşkil olunduğunu qeyd etdi.
Ölkə başçısı sənədlərin bərpası və humanitar yardımın yayılması prosesini də kafi qiymətləndirdi.
Qeyd edək ki, İyulun 19-u Rusiya prezidenti Vladimir Putin daşqından əziyyət çəkən sakinlərlə görüşmək üçün İrkutsk vilayətinə gəldi.