Rusiya və Çin supergüclü lazerlərinin istehsalında əməkdaşlıq edəcəklər

0
444

Rusiya və Çin, elmi təcrübələr üçün supergüclü laserlərinin yaradılmasında əməkdaşlıq etmək niyyətindədir.
Bu barədə jurnalistlərə Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeev məlumat verdi.
“Əməkdaşlığın üçüncü sahəsi (elm sahəsində) – super güc lazerlərinin yaradılması və istifadəsi ilə bağlıdır. Biz razılığa gəldik ki, bu ilki ikitərəfli görüş Şanxayda keçiriləcək, burada petawatt və ekstavatt səviyyəsində yüksək enerjili lazerlərin yaradılmasını müzakirə edəcəyik” – Sergeyev bildirdi.
Qeyd edək ki, gələcəkdə Rusiya və Çin tədqiqatlar üçün yeni lazerlər yaratmaq məqsədiylə təcrübələrini birləşdirməyi planlaşdırır.