XİN Kerç boğazı hadisəsi səbəbindən ABŞ-ın Rusiyaya sanksiyalar tətbiq etməyini qiymətləndirdi

0
293

Moskva, Kerç boğazında yaşanan hadisələr ilə bağlı ABŞ-ın Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyini məntiqsiz olduğunu düşünür.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
“Belə sanksiyaların iyirmi paketi mövcuddur… Bizim mövqeyimiz dəyişməyib. Bunlar beynəlxalq əlaqələri məhv edən, beynəlxalq hüququn məhv edilməsi, xüsusilə strateji sabitliyi və təhlükəsizliyinin məsuliyyətini daşıyan Rusiya və ABŞ kimi dövlətlər arasında güvənsizlik yaradan, tamamilə təsirsiz və mənasız hərəkətlərdir.” – Aleksandr Qruşko qeyd etdi.
Qeyd edək ki, 2018-ci ilin Noyabr ayında Ukraynanın üç hərbi gəmisi Kerç boğazında Rusiya Federasiyasının sərhədini bozduğuna görə saxlanılıb.
Hadisə nəticəsində gəmilərdə olan 24 hərbiçi həbs edilib.
Onlara Rusiyanın dövlət sərhədinin qeyri-qanuni keçməsi maddəsi ilə cinayət işi açılıb.