ABŞ, Kanada və Macarıstan Rusiya üzərində müşahidə uçuşları aparacaq

0
252

Amerika Birləşmiş Ştatları, Kanada və Macarıstanın birgə missiyasına məxsus təyyarələri, “açıq Səma” müqaviləsi çərçivəsində 22-26 İyul tarixlərində Rusiya ərazisi üzərində uçuşlar aparacaq.
“22-26 iyul tarixlərində “Açıq Səma” Beynəlxalq Müqavilənin tətbiqi çərçivəsində Macarıstan, Kanada və ABŞ-ın birgə missiyası Rusiya Federasiyasının ərazisində Macarıstanın An-26 təyarəsində Kubinka hava limanından qalxaraq müşahidə uçuşu keçirəcək.” – Rusiya Nüvə Təhlükəsinin Azaldılması Mərkəzinin rəhbəri Sergey Rıjkov müsahibəsində deyib.
Onun sözlərinə görə Rusiyalı mütəxəsislər Tu-154M LK-1 təyyarəsiylə Kanada üzərində müşahidə uçuşu aparacağını da əlavə etdi.