Rusiya BMT ilə əməkdaşlığı gücləndirmək niyyətindədir

0
350

Moskva BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valova ilə görüşün Rusiyanın təşkilatın bütün qurumları ilə əməkdaşlığının möhkəmləndirilməsi üçün birgə addımlar atmasına ümid edir.
Bunu xarici işlər naziri Sergey Lavrov BMT-nin Cenevrə Ofisi baş direktoru Tatyana Valova ilə Moskvada görüşündə bildirib.
“Bizim üçün Cenevrə ikinci ən vacib nöqtədir. Biz təmsil etdiyiniz təşkilatın bütün qərargahları ilə sıx əməkdaşlıq edirik. Ümid edirik ki, bugünkü görüş Rusiya Federasiyasının bütün BMT qurumları ilə əməkdaşlığını gücləndirmək üçün birgə əldə edə biləcəyimiz əlavə addımların daha aydın şəkildə müəyyənləşdirilməsinə kömək edəcəkdir.” – xarici işlər naziri Sergey Lavrov bildirib.
Qeyd edək ki, Tatyana Valova BMT-nin Cenevrə ofisinin rəhbəri vəzifəsinə may ayında təyin edilib.