Sverdlovskda ağır yol qəzası baş verdi

0
230

Rusiyanın Sverdlovsk vilayətində sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində yol qəzası baş verdi. Qəza nəticəsində 5 nəfərin yaralandığı bildirilir.
Bu barədə Dövlət Yol Polisinin region üzrə baş idarəsi məlumat verdi.
“Sverdlovsk vilayətinin Berezovka rayonunda Mercedes Benz markalı avtobus ilə minik avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər yaralı Berezovka rayon mərkəzi xəstəxanasına yerləşdirilib.” – Dövlət Yol Polisinin region üzrə baş idarəsindən verilən məlumatda deyilir.
Hazırda yol polisi qəzanın baş vermə səbəblərini araşdırır.