Adıgeydə helikopter qəzaya uğradı

0
297

Adıgey vilayətinin Taxtamukay ərazisində “Mi-2” helikopteri qəzaya uğrayıb.
Hadisə nəticəsində helikopterin pilotu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə baş idarəsindən məlumat verildi.
“Panaxes ərazisində qəzaya uğrayan helikopterin pilotu Enem mərkəzi xəstaxanasına yerləşdirildi” – Fövqəladə Hallar Nazirliyinin region üzrə baş idarəsindən verilən məlumatda deyilir.
İlkin məlumatlara əsasən, helikopter Tranximaviaseverskaya MMC-yə məxsusdur. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.