Cənubi Koreya Rusiyanı hava sərhədini pozmaqda günahlandırdı

0
346

Cənubi Koreyanın Baş Qərargah Rəislərinin Birgə Komitəsi Rusiyanı ölkənin hava məkanını pozmaqda günahlandırdı.
Bu barədə “Yenhap” xəbər agentliyinin verdiyi məlumatda deyilir.
Cənubi Koreyalı hərbçilərin verdiyi məlumata görə, Rusiya təyyarəsi üç dəqiqə ərzində iki dəfə Yaponiya dənizi üzərindəki ölkənin hava məkanına daxil olub.
Nazirlik Cənubi Koreya Hərbi Hava Qüvvələrinin qırıcılarının həyəcan siqnalı qaldırdığını və xəbərdarlıq atəşləri açdığını bildirib.
Qeyd edək ki, bir müddət öncə, Rusiya Müdafiə Nazirliyi dəfələrlə təyyarələrinin bütün uçuşlarının beynəlxalq qaydalara uyğun şəkildə həyata keçirildiyini bildirib.