Smolensk vilayətində avtobus ilə yük avtomobili toqquşdu

0
429

Rusiyanın Smolensk vilayətində yük avtomobilin və sərnişin avtobusunun toqquşması nəticəsində ağır yol qəzası baş verib.
Hadisə nəticəsində 16 nəfər xəsarət alıb.
Bu barədə Dövlət Yol Polisinin Smolensk vilayəti üzrə baş idarəsi məlumat verdi.
Verilən məlumata əsasən, qəza Moskva vaxtı ilə saat 07.50 radələrində Dorogobuj-Verxnedneprovsk magistral yolunun – Skolkovo rayonundan keçən ərazisində baş verib.
Hazırda nəqliyyat müfəttişləri ərazidə hadisənin baş vermə səbələrini araşdırır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.