Rusiya və Koreya nümayəndələri təyyarə insidentini müzakirə edəcək

0
395

Rusiya və Cənubi Koreya nümayəndələri baş vermiş təyyarə insidentini ilə əlaqədar İyulun 25-i Seulda görüş keçirəcək.
Bu barədə Yonhap agentliyi Koreya Respublikası Milli Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat verib.
“Rusiya və Cənubi Koreya nümayəndələri arasında təyyarə hadisəsi ilə bağlı danışıqlar cümə axşamı Seulda keçiriləcək.
Qeyd edək ki, bir müddət öncə, Cənubi Koreyanın Baş Qərargah Rəislərinin Birgə Komitəsi Rusiyanı ölkənin hava məkanını pozmaqda günahlandırıb.