ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir

0
259

Vaşinqton Venesuela hökumətinə dəstəyinə görə Rusiyaya qarşı sanksiya tətbiq etmək imkanlarını nəzərdən keçirir.
Bunu ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.
“Rusiyaya gəldikdə, fərdi və ya sektoral olaraq hansı sanksiyalar tətbiq ediləcəyini düşünürük” – ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams, Vaşinqtonda Demokratiya Müdafiə Fondunun təşkil etdiyi tədbirdə qeyd etdi.
Qeyd edək ki, Yanvarın 23-ü Venesuela Parlamentinin spikeri Xuan Qaido özünü müvəqqəti hökumətin başçısı elan edib. ABŞ və bir sıra ölkələr Guayido-nun hakimiyyətini tanıyır.Rusiya, Çin və bir sıra digər ölkələr Venesuelanın qanuni prezidenti Nicolas Maduroyu dəstəkləyir.